OUR Cloud

Təhlükəsizlik

Fayllarınızın təhlükəsizliyi xidmətin əsas şərtidir. Aşağıda tətbiq etdiyimiz texniki tədbirlər və sizin nəzarətinizdə olan ayarlar təsvir olunur.

Şifrələnmiş bağlantı

Bütün bağlantı şifrələnir: TLS 1.3 və TLS 1.2.

Hər fayl yoxlanılır

Siz heç nə etmədən antivirus yoxlayır.

Girişə nəzarət

İki mərhələli təsdiqləmə və sessiyaların idarəsi.

Azərbaycan mövqeli

Fayllar öz data mərkəzlərimizdə, Azərbaycanda saxlanılır.

Ötürülmə

Fayl yolda oxunmur

Cihazınızla serverimiz arasındakı bütün hərəkət şifrələnmiş kanaldan keçir. Şifrəsiz bağlantı qəbul edilmir.

TLS 1.3 və TLS 1.2
Sertifikat avtomatik yenilənir
Köhnə və zəif şifrələmə üsulları söndürülüb
Cihazdan buluda gedən bağlantı şifrələnir TLS 1.3
Fayl antivirus mühərriki ilə yoxlanılır, nəticə nişanla göstərilir Təmiz Yoxlanılır Zərərli
Antivirus

Hər fayl buluda yükləndiyi anda yoxlanılır

Siz heç nə etmədən antivirus mühərriki fayllarınızı yoxlayır. Nəticəni faylın adının yanındakı nişandan görürsünüz.

Yükləmə bitən kimi başlayır
Faylı proqramdan başqa heç kim açmır
Əməkdaşlarımızın faylın məzmununa çıxışı yoxdur
Baza gündə bir neçə dəfə yenilənir

Zərərli fayl bloklanır, lakin silinmir. Şübhəli fayl da yoxlanılana qədər bağlı qalır.

Giriş

Hesabınıza yalnız siz daxil olursunuz

İki mərhələli təsdiqləmə, aktiv cihazların siyahısı və tanımadığınız sessiyanı bir toxunuşla bağlamaq.

Şifrəniz bizdə açıq saxlanmır
Cihazları və sessiyaları özünüz idarə edirsiniz
Telefona gələn təsdiq kodu və aktiv sessiyaların siyahısı Təsdiq kodu 4 Təsdiqlə
Paylaşım keçidinin şifrəsi, bitmə tarixi və endirmə icazəsi ourcloud.az/s/7kQ2… Şifrə Bitmə tarixi 12.11.2026 Endirmə icazəsi
Paylaşım

Faylı kimin görəcəyini siz təyin edirsiniz

Keçidə şifrə qoyun, bitmə tarixi təyin edin, endirməyə icazəni ayrıca verin. Keçid istənilən an söndürülür.

Şifrə və bitmə tarixi
Ayrıca endirmə və redaktə icazələri
Məxfilik

Məzmununuz yalnız sizə aiddir

Məzmununuz oxunmur, təhlil edilmir və üçüncü tərəfə satılmır. Xidmətin gəliri yalnız abunə ödənişlərindən formalaşır.

Fayllarınız reklam məqsədilə təhlil edilmir.
Məzmun üçüncü tərəfə ötürülmür.
Antivirus yoxlamasının yalnız nəticəsi saxlanılır.
Hesab və məlumatlara nəzarət sizdədir

Hesabı və bütün faylları istədiyiniz vaxt tətbiqdən, saytdan və ya e-poçt müraciəti ilə özünüz silə bilərsiniz. Silinmə geri qaytarılmır.

Hesabın silinməsi haqqında
Ortaq məsuliyyət

Təhlükəsizliyi birlikdə qoruyuruq

Biz edirik
Bağlantını şifrələyir və sertifikatları yeniləyirik.
Hər faylı antivirusdan keçirir, bazanı yeniləyirik.
Serverləri və proqram təminatını yeniləyirik.
Faylları öz data mərkəzlərimizdə, Azərbaycanda saxlayırıq.
Məzmununuzu oxumur və kənara vermirik.
Siz edirsiniz
Güclü şifrə seçir və onu başqası ilə bölüşmürsünüz.
İki mərhələli təsdiqləməni aktivləşdirirsiniz.
Paylaşım keçidlərinə şifrə və müddət qoyursunuz.
Tanımadığınız sessiyaları bağlayırsınız.
Lazımsız paylaşımları söndürürsünüz.
İnfrastruktur

Məlumat harada saxlanılır

Fayllarınız öz data mərkəzlərimizdə, Azərbaycanda saxlanılır. Platformanı 2007-ci ildən öz serverlərini saxlayan OUR Technology MMC idarə edir.

Fayllarınızın fiziki yeri Azərbaycandadır
Daxili əlaqə də şifrələnmiş kanal vasitəsilə aparılır
Dəstək Azərbaycan dilində aparılır
Azərbaycanın xəritəsi, serverlərimiz Bakıda yerləşirBakı
Suallar

Ən çox soruşulanlar

Fayllarımı kimsə oxuya bilərmi?

Xeyr. Yoxlamanı proqram aparır; əməkdaşlarımızın faylın məzmununa çıxışı yoxdur.

Zərərli fayl tapılsa, silinir?

Xeyr. Fayl bloklanır, amma hesabınızda qalır, silmək qərarı sizindir.

Şifrəmi unutsam, fayllarıma çıxışı itirirəmmi?

Xeyr. Şifrəni e-poçt vasitəsilə bərpa edirsiniz; fayllar yerində qalır.

Paylaşdığım keçidi geri qaytara bilərəmmi?

Bəli. Keçidi söndürən kimi fayl həmin keçid üzrə əlçatmaz olur.

Şifrə ilə qorunan arxiv yoxlanılırmı?

Şifrəni yalnız siz bildiyiniz üçün yoxlanıla bilmir. Nişan və bildiriş bunu açıq yazır.

Hesabı silsəm, fayllar nə olur?

Hesabla birlikdə silinir. Əməliyyat geri qaytarılmır.

Zəiflik tapsanız

Təhlükəsizliklə bağlı problem aşkar etsəniz, ictimailəşdirməzdən əvvəl bizə yazın: hello@ourcloud.az

Yuxarı